“Neftçi”nin sabiq bolqarıstanlı yarımmüdafiəçisi Svetoslav Stefanov bu gün kçeiriləcək “Neftçi”-“Xəzər Lənkəran” oyunu ilə bağlı Qol.Az-a müsahibə verib.
- Bu gün “Neftçi”-“Xəzər Lənkəran” matçı var. Sən özün də bir vaxtlar bu həyəcanı yaşamısan...
- Elədir. “Neftçi” və “Xəzər Lənkəran” prinsipial rəqiblərdi və bu iki komanda arasındakı görüşlər həmişə gərgin keçir. Mən özüm də bu əzəli rəqabətdə iştirak etdiyimdən bunu gözəl başa düşürəm.
- Hətta bu rəqabətdə qol da vurmusan... (Stefanov 2006-cı ildə Lənkəranda keçirilən və "Xəzər Lənkəran"ın 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada "Neftçi"nin yeganə qoluna imza atmışdı-A.X)
- Bəli. Ancaq təəssüf ki, həmin qol qələbə qazanmağımız üçün kifayət etmədi.
- Amma qol baxımlı alınmışdı...
- Hakim cərimə zərbəsi təyin etdi və topa mən yaxınlaşdım. Öncədən birbaşa qapıya zərbə düşünmüşdüm, çünki özümə əmin idim. Elə alındı ki, istədiyimi həyata keçirdim və cərimə zərbəsindən baxımlı qola imza atdım. Ancaq o da yadımdadır ki, Lənkəranda uduzsaq da, Bakıda revanş ala bilmişdik.
- Stadiondakı atmosferi necə xatırlayırsan?
- Atmosfer gözəl idi. Onu bilirəm ki, Lənkəranda tribunalar həmişə dolu olur. “Xəzər Lənkəran”ın qələbəsində azarkeşlərinin xüsusi payı var.
- Bəs, “Neftçi” azarkeşləri?
- “Neftçi” azarkeşləri də möhtəşəm idi. Ümumiyyətlə, bu iki komandanın azarkeşləri xüsusi seçilirdilər.
- Bugünkü oyuna proqnozun?
- Proqnoz vermək mənlik deyil, amma çox istərdim ki, “Neftçi” qalib gəldin.
Anar XANLAROV
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi