“Rəvan”ın baş məqşçisi Bəhmən Həsənov Azərbaycan Premyer Liqasının V turu çərçivəsində bu gün “Simurq”a qarşı keçirəcəkləri oyun öncəsi Qol.Az-a müsahibə verib.
- “Simurq”la oyunun hazırlığı necə gedir?
- Hər şey qaydasındadır, düşərgədə əhval-ruhiyyə də yüksək səviyyədədir.
- Millinin oyunları ilə əlaqədar olaraq, çempionatda yaranmış fasilə hazırlıq planlarınıza nə dərəcədə mane oldu?
- Şəxsən mənim üçün yaxşı oldu. Çünki təyinatım yeni gerçəkləşib, komandanı toparlamaq, oyunlara hazırlamaq üçün zamana ehtiyacımız var idi. Bu mənada fasilə bizim üçün yaxşı oldu. Ancaq, ümumilikdə götürdükdə yeri gəldi-gəlmədi,çempionatda bu cür fasilələrin yaranmasının əlehinəyəm. Deyirlər ki, milliyə görə eliyirlər, milli oynayır filan, amma milli oynasın da. Çempionata bu qədər fasilə verməsələr milli oynaya bilməyəcək? Dünyanın heç bir yerində belə çempionat keçirmirlər.
- Yeri gəlmişkən, bugünkü rəqibiniz “Simurq” tez-tez baş verən təxirəsalmalardan narazılığını dilə gətirib...
- Mən onları haqlı sayıram. Çünki baş məşqçi komandanı kökləyir, komanda yavaş-yavaş relsə düşür və bu zaman planlaşdırılmamış təxirəsalma bütün sistemi pozur.
- Yeri gəlmişkən, “Simurq”u bir komanda kimi necə dəyərləndirərdiniz?
- “Simurq” yaxşı komandadır. Bu komandanı heç vaxt zəif rəqib saymamışam. Ümumiyyətlə, nəinki “Simurq”u, heç kimi zəif rəqib saymaq olmaz. İndi çempionatımızın səviyyəsi artıb, komandalar arasında elə də böyük səviyyə fərqi yoxdur, hamı bir-birindən xal ala bilər. Məsələn, “Turan” dünən "Bakı"dan xal aldı.
- Sizcə, “Rəvan” bu gün cari mövsümdəki ilk qələbəsini qazana biləcək?
- Biz bunun üçün meydançaya çıxacağıq. Hədəfimiz ilk “altılığ”a düşməkdi. Bunun üçün rəqibin kimliyindən aslı olmayaraq, meydançaya ancaq 3 xal üçün çıxacağıq.
- İlk “altılığ”a düşəcəyinizə inanırsınız? Çünki rəhbərlik sabiq baş məşqçiniz Cavad Güleri ona görə istefaya göndərdi ki, komanda ilk 4 turda qələbə qazana bilmədi və ilk “altılıq” şanslarını xeyli çətinə saldı...
- Siz dediyiniz məsələ, Cavad Gülerlə rəhbərlik arasında olan məsələ idi. Mən deyərdim ki, ilk 4 turda qazanılası xalları itirdik. AZAL və “Bakı” ilə oyunları qeyd edərdim. Təbii ki, bu xalların sonrakı mərhələlərdə bizə təsiri olacaq və ola bilsin ki, həmin itirilən xallar “Rəvan”ı ilk “altılıq”dan kənar qoysun. Ancaq biz sona qədər mübarizə aparacağıq. Unutmayaq ki, xal itirən komanda tək biz deyilik və digərləri də bu cür itkilərlə qarşılaşacaq.
Anar XANLAROV
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi