Canluici Buffon: “Yuventus”dan ayrılsam İtaliyada oynamayacağam”

Canluici Buffon: “Yuventus”dan ayrılsam İtaliyada oynamayacağam”
XƏBƏR 15 Sentyabr 2012 / 06:36 7785
-  A +

İtaliya futbolunun canlı əfsanəsi olan Canluici Buffon bir daha “Yuventus”a sadiqliyini nümayiş etdirib.

Qol.Az-ın məlumatına görə, İtaliya mətbuatına açıqlamasında o, hazırkı klubundan ayrılmaq niyyətində olmadığını növbəti dəfə bəyan edib:

“Yuventus”dan ayrılmağı düşünmürəmvə bunun üçün də tələsmirəm. Gələcək haqda nə düşünürəm? Hələ ki, bu haqda,ümumiyyətlə, düşünmürəm. Belə bir söz var, heç vaxt heç vaxt demə. Ancaq mən onu deyə bilərəm ki, əgər “Yuventus”dan ayrılsam, bir daha İtaliyada oynamayacam”.

Son xəbərlər