Yunis Hüseynov niyə həkimə müraciət edib?

Yunis Hüseynov niyə həkimə müraciət edib?
XƏBƏR 15 Sentyabr 2012 / 03:58 2522
-  A +

Bu gün Azərbaycan Premyer Liqasının V turu çərçivəsində Bakıda “Neftçi” ilə üz-üzə gələcək “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun səhhətində problem yaranıb.

Bu haqda Qol.Az-a açıqlamasında məşqçi özü məlumat verib.

Onun sözlərinə görə, belindəki ağrılar səbəbindən həkimə müraciət etməli olub: “Sizinlə xətəxanadan danışıram. Hazırda uzanmışam belimi toka verirəm. Son vaxtlar ağrılar olduğu üçün həkimə müraciət etdim. Amma ciddi bir şey yoxdur sadəcə, müalicə lazımdır. “Neftçi” ilə oyunda komandamın başında olacam”.

Qeyd edək ki, “Neftçi”- “Xəzər Lənkəran” matçı bu gün saat 17:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda start götürəcək.

Son xəbərlər