Kisslinq aşbazlıq edib

Kisslinq aşbazlıq edib
XƏBƏR 15 Sentyabr 2012 / 03:00 1697
-  A +

Leverkuzenin “Bayer” klubunun hücumçusu Stefan Kisslinq maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, sən demə, məşhur hücumçu həm də aşbazlığı bacarır.
 
Bunun tarixcəsini isə Kisslinq özü belə danışıb:

“Bəli, etiraf edim ki, bir dəfə aşbazlıq etmişəm. Bu, “Bayer”in təlim-məşq toplanışlarından birində olub. Günorta yeməyə düşərkən menyuda makaron olduğunu gördüm və “eh yenə də makaron” deyə narazılığımı bildirdim. Bu zaman isə baş məşqçimiz mənə “daha yaxşısını bacarırsansa, buyur, sən hazırla, biz gözləyərik” dedi. Həqiqətən də həmin günü əynimə önlük taxıb məni zorla mətbəxə saldılar və günorta yeməyini mənə bişirtdilər. Ondan sonra heç vaxt menyuya gözümün ucu ilə baxmırdım (gülür)”.

Son xəbərlər