İspaniyanın “Real” (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo UEFA-nın avqustun 30-da keçirdiyi mükafatlandırma mərasimindən narazı qalıb.
Qol.Az-ın məlumatına görə, portuqaliyalı hücumçu Avropada 2011-2012-ci il mövsümünün ən yaxşı oyunçusu kimi təltif olunmamasına etiraz edib.
Mükafat “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestaya verilib. Ronaldo bildirib ki, mükafat almayacağı tədbirlərə bir daha yollanmayacaq. Ulduz futbolçu iradlarını UEFA rəhbərliyinə də çatdırıb.
Ötən mövsümün ən yaxşı oyunçusu üçün müəyyənləşdirilmiş mükafata daha bir “Barsa”lı Lionel Messi də namizəd olub. Mükafat İnyestaya verildikdən sonra Ronaldo heç kiminlə ünsiyyət qurmadan zalı tərk edib. O, sentyabrın 2-də “Qranada” ilə İspaniya çempionatı matçında (3:0) 2 qol vursa da, heç birinə sevinməyib.
Futbolçu matçdan sonra "Real"da xoşbəxt olmadığını söyləyib. Portuqaliyalı ulduzun bu sözləri mətbuatda onun İnyestaya mükafat verilməsindən narazılığı və klubu ilə 2015-ci ildə başa çatacaq müqaviləsini daha yaxşı şərtlərlə bağlamaq istəyi kimi yozulub. Ronaldo sentyabrın 13-də “Real”ın prezidenti Florentino Pereslə görüşüb. Lakin görüşün təfərrüatları məlum deyil.
Qeyd edək ki, Kriştiano Ronaldo sentyabrın 11-də Portuqaliya millisinin heyətində Azərbaycan millisinə qarşı 2014-cü il dünya çempionatının seçmə qrup matçına çıxıb. Komandası 3:0 hesabı ilə qalib gəlsə də, Ronaldu qol vura bilməyib.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi