Moskvanın “Lokomotiv” klubunun əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov Rusiya milli komandasının heyətində ilk rəsmi oyunundan razı qalıb.
Qol.Az-ın məlumatına görə, Səmədov sentyabrın 11-də İsraillə 2014-cü il dünya çempionatının seçmə qrup matçında meydana daxil olub.
O, 23-cü dəqiqədə başı yarılan Vladimir Bıstrovu əvəzləyib. 28 yaşlı yarımmüdafiəçi Bıstrovun zədələnməsinə təəssüflənsə də, ilk dəfə Rusiya millisində forma geyinməsini özü üçün çox mühüm olay adlandırıb. Onun sözlərinə görə, yığmada debütü daha yaxşı ola bilərdi, amma belə də normaldır.
Səmədov Rusiya millisinin yeni baş məşqçisi Fabio Kapellonu çox sərt və emosional mütəxəssis kimi dəyərləndirib: “Kapello matç zamanı daim oyunla yaşayır, oyunçulara, o cümlədən, mənə göstərişlər verir. O, heç də bütün hisslərini özündə saxlayan “dəmir adam” deyil”.
Qeyd edək ki, Aleksandr Səmədov Azərbaycan millisindən imtina etdikdən sonra Rusiya yığmasına çağırılmağa başlayıb. Lakin o, meydana ilk dəfə İsraillə matçda çıxıb. Görüş şimal qonşularımızın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Azərbaycan və Rusiya yığmaları 2014-cü il dünya çempionatının seçmə mərhələsində eyni qrupda yer alıblar.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi