Dünən Serbiya kubokunda 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. Qol.Az-ın Serbiya mətbuatına istinadən verdiyi məlumata görə bu tədbirdə iştirak edək Serbiya millisinin sabiq futbolçusu Savo Miloşeviç püşkatma mərasimindən sonra yerli jurnalistlərin suallarını cavablandırıb. O, müsahibəsində “Partizan” - “Neftçi” qarşılaşmasına toxunmaqla bərabər, bir vaxtlar şərəfini qoruduğu Serbiya millisinin heyətində ölkəmizə etdiyi səfəri də xatırlayıb.
- “Partizan”ı sizə doğma klub saymaq olar?
- Əlbəttə. Mən özümü bu klubun yetirmsəsi sayıram. Sonradan Avropada uğurlu karyera qurmağımda “Partizan”ın böyük rolu var. Bu klubun heyətində Yuqoslaviya çempionu adını qazanmışam, kuboka sahib olmuşam, milliyə dəvət almışam. Odur ki, indi də doğma klubumla yaxından maraqlanıram.
- Komanda ötən il çempionluq yarışında uğur qazana bilmədi. Sizcə, bu mövsüm bu uğura nail ola biləcək?
- Hər komandanın uğursuz mövsümləri olur. İnanıram ki, bu mövsüm çempionluğu qazanmaq mümkün olacaq. Çünki “Partizan”ın həqiqətən də yaxşı heyəti var.
- Komanda həmçinin Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. Şansları necə dəyərləndirirsiniz?
- Qrup haqda məlumatım var. Rəqiblər də tanış sayıla bilər, onların təmsil etdikləri ölkə də. “İnter” dünya nəhəngi hesab olunur və düşünürəm ki, onlar qrupun favoritidir. Özüm də bu ölkədə futbol oynamışam, “İnter”ə qarşı mübarizə aparmışam. İtaliya futbolu dünyada məşhurdu. “Rubin” də mənə yad klub deyil, çünki futbolçu karyeramı məhz həmin klubda bitirmişəm. Rusiya futbolu son illər xeyli inkişaf edib. “Rubin” özü də kifayət qədər proqres yaşayıb, Çempionlar Liqasında böyük məktəb keçib. “Barselona”nı “Nou Kamp”da məğlub etmək hər komandanın işi deyil. “Neftçi”yə gəlincə, Azərbaycanla bağlı heç də xoş olmayan xatirələrim var. Bu ölkənin adı gələndə qanım qaralır. Çünki Serbiya millisi tarixinin ən acı məğlubiyyətlərindən birini məhz bu ölkənin millisindən alıb.
- Deyirsiniz ki, “Neftçi” sentyabrın 20-də Azərbaycan millisinin uğurunu təkrarlaya bilər?
- Futbolda hər şey olur. O vaxtı bizim güclü komandamız var idi. Sadəcə, uğursuz bir dönəm keçirdik, “qara zolağ”a düşdük. Ancaq “Partizan” hazırda yaxşı formadadır. İlk oyunu da evdə keçirəcək. Məncə, çətin olacaq, amma mən yenə də sabiq klubumun qələbə şanslarını daha çox görürəm.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi