Seleksiyaçı-məşqçilər regionlara səfər edəcəklər

XƏBƏR 16 May 2009 / 11:51 2988
-  A +

Milli komandalara cəlb olunmaq üçün istedadlı futbolçuların aşkara çıxarılması məqsədilə seleksiyaçı-məşqçilər Əfqan Talıbov və Yaşar Vahabzadə premyer-liqanın əsas və əvəzedici komandaları arasında regionlarda keçiriləcək oyunları izləyəcəklər. Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, bu məqsədlə Əfqan Talıbov Yevlaxa səfər edəcək. O, premyer-liqa klublarının əsas və əvəzedici komandaları arasında çempionatın XXVI turu çərçivəsində keçiriləcək “Karvan” - “Qarabağ”, Yaşar Vahabzadə isə Qəbələdə baş tutacaq “Qəbələ” - “Turan” oyununa baxacaq. Əvəzedici komandaların oyunları mayın 16-da, əsas komandaların qarşılaşmaları isə mayın 17-də keçiriləcək.
 


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner