Aşağı yaş qruplarının futbol bacarıqlarının və təcrübələrinin artırılması məqsədilə mütəmadi olaraq ölkə xaricində təlim-məşq toplanışları keçirən “Qəbələ” Futbol Akademiyası 2012-2013 mövsümünün ilk səfərini reallaşdırmağa hazırlaşır.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 16 yaşa qədər futbolçulardan ibarət komandının iştirakı ilə baş tutacaq sözügedən səfərin ünvanı İstanbul olacaq.
Məkanın İstanbul olması isə heç də təsadüfi deyil. “Qalatasaray”la işgüzar münasibətlərə malik “Qəbələ”nin İstanbulun digər köklü klubları – “Beşiktaş” və “Fənərbaxça” ilə əlaqələrinin yaradılması və akademiya sahəsində işbirliyinin qurulması səfərin başlıca səbəblərindəndir.
Sentyabrın 23-dən 30-dək davam edəcək təlim-məşq prosesi zamanı “Qəbələ” İstanbul nəhənglərinin U-16 komandaları ilə üz-üzə gələcək. Sentyabrın 24-də reallaşacaq ilk matçda "Qəbələ" Fulya Təsislərində “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirəcək. İkinci matçda – sentyabrın 26-da komanda Dərəağzı Təsislərində “Fənərbaxça” ilə qarşılaşacaq. Sentyabrın 27-də “Qəbələ” fərqli ünvanda – Nevzat Demir Təsislərində yenidən “Beşiktaş”la qüvvəsini sınayacaq. Son yoxlama oyununda isə “Qəbələ”nin rəqibi “Qalatasaray” olacaq. Matç sentyabrın 28-də Florya Metin Oktay Təsislərində baş tutacaq.
Səfər müddətində komandanın üzvləri Türkiyə Superliqasının 2 matçını – “Qalatasaray” - “Akhisar Belediyespor” və “Beşiktaş” - “Sivasspor” qarşılaşmalarını izləyəcəklər. Bundan əlavə “Qəbələ”nin Türkiyənin U-14 – “U-18 yaş qrupları üzrə keçirilən “Coca-Cola” Akademiya Liqalarını izləməsi planlaşdırılır. Sözügedən addımı atmaqda məqsəd "Qəbələ"li futbolçuların xaricdə top qovan həmyaşıdlarının ustalıq səviyyəsi və futbol bacarığı ilə əyani tanışlığının təmin edilməsidir.
“Qəbələ” İstanbula aşağıdakı futbolçu heyəti ilə yollanacaq:
Qapıçı: Turxan Həsənov, Yusif Şirinov
Müdafiəçilər: Sahil Mirzəyev, Bəhlul Mustafazadə, Həsənağa İsmayılov, Ayxan Əsədov, Mirəli Məmmədzadə, Orxan Mehrəlizadə, Çingiz Hüseynov, Heydər Babayev.
Yarımmüdafiəçilər: Samir Musayev, Emin Zamanov, Yusif Nəbiyev, Əli Səmədov, Elnur Xəlilov, Tural Məmmərzayev, Fərid Əsədli.
Hücumçular: Roman Hüseynov, Viqar Əlibabayev, Ülvi İskəndərov, Coşqun Süleymanov, İsaməddin Rəsullu.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video