Portuqaliyanın II divizion klubu “Santa Klara”nın şərəfini qoruyan, Bakının “İnter” klubunun sabiq futbolçusu Danilo Assioli DÇ-2014-ün dünən keçirilən Portuqaliya-Azərbaycan matçı ilə bağlı Qol.Az-a müsahibə verib.
- Yəqin ki, oyunu izləmisən. Millimiz necə təsir bağışladı?
- Bəli, burda, Portuqaliyada televizor vasitəsilə izlədim. Nəticə gözlənilən idi. Oyunun gedişi də göstərirdi ki, Portuqaliya millisi gec-tez qol vuracaq. Çünki bu cür təzyiqin qabağını almaq mümkünsüz idi. Azərbaycan millisini bu məğlubiyyətə görə qınamaq da olmaz. Səviyyə fərqi ortada idi.
- Səncə, daha kiçik hesabla uduzmaq üçün nə çatmadı?
- Kiçik hesabla? Siz sevinin ki, 3 topla canınızı qurtardınız (gülür). Bu oyunda hesab bəlkə də 10:0 qurtarmalıydı. Top neçə dəfə qapı dirəyinə dəydi, 3 dəfə?
- 4 dəfə.
- 4-5 epizodda da Kamran Ağayev möhtəşəm oynayaraq, qola imkan vermədi. Hələ mən Portuqaliyanın öz futbolçularının qaçırdığı real imkanları demirəm. Məsələn, Poştiqa və Ronalda demək olar, boş qapını dəqiq nişan ala bilmədilər.
- Yəni, düzgün taktika yox, bəxt dadımıza çatdı?
- Bunu etiraf etmək lazımdır. Oyun bir qapıya gedirsə, top 4 dəfə qapı dirəyinə dəyirsə, qapıçı dəfələrlə yüz faizlik topları çıxardırsa, rəqib boş qapıya düşə bilmirsə, burda hansı taktikadan söhbət gedə bilər?
- Deməli, Rusiya ilə səfərdə də eyni aqibətlə üzləşə bilərik? Çünki ruslar İsraili səfərdə 4:0 məğlub etdilər...
- Yox, mən deməzdim ki, Rusiya ilə oyun Portuqaliya ilə oyunun eynisi olacaq. Hər oyun fərqli olur.
- Səncə, millimiz bu qrupda neçənci yeri tuta bilər?
- Bu haqda nə isə demək çox çətindi. Çünki Lüksemburq da artıq əvvəlki Lüksemburq deyil. İsraillə səfərdə oynayacaqsınız. Şimali İrlandiya ilə iki oyun olacaq. Yəni çox şey baş verə bilər.
Anar XANLAROV
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video