İngiltərənin "Mançester Yunayted" klubu Çempionlar Liqasının qrup mərhələsinin oyunları öncəsi daha iki itki ilə üzləşib.
Qol.Az-ın məlumatına görə, komandanın yeni transferləri - Robin Van Persi və Şinci Kaqava yığmalarının heyətində zədələnərək sıradan çıxıb.
Van Persi Hollandiya millisinin heyətində səfərdə Macarıstanla görüşün 46-cı dəqiqəsində zədələnərək yerini Klaas Yan Huntelara buraxıb. Futbolçunun çarpaz bağlarında qopma aşkar olunub. Lakin Van Persinin hansı müddətə sıradan çıxdığı məlum deyil.
Yaponiya millisinin aparıcı futbolçusu Kaqavanın isə İraqla oyunöncəsi belində ağrıları artıb. Bu səbəbdən futbolçu Yaponiya millisinin heyətindən kənarlaşdırılıb. Belə də, Kaqavanın ən azı iki həftə ərzində "Mançster Yunayted"ə kömək edə bilməyəcəyi söylənilir.
Qeyd edək ki, "Mançester Yunayted" daha öncə Ueyn Runi, Eşli Yanq və Fil Consun xidmətindən məhrum olub.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video