Bu gün DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək Portuqaliya millisinin və İspaniyanın “Saraqosa” klubunun təcrübəli futbolçusu Helder Poştiqa oyun öncəsi yerli mətbuata müsahibə verib.
- Artıq komandanızı Azərbaycanla oyuna hazır saymaq olar?
- Deyərdim ki, hə. Dünən axşam məşqi ilə hazırlığı yekunlaşdırdıq. Düşərgədə əhval-ruhiyyə də çox yaxşıdır. Əsas odur ki, heyət sağlamdı. Düzdür, Pepenin müəyyən problemləri qalmaqdadır, amma inanıram ki, oyun saatına kimi o da tam qaydasına düşəcək.
- Rəqib haqqında yetərincə məlumat toplaya bilmisiniz?
- Azərbaycan yaxşı komandadır. İlk turda İsraillə heç heçə oynayıblar. Hətta eşitdiyimə görə, qalib də gələ bilərdilər. Sadəcə, sona yaxın əldə etdikləri imkanlardan istifadə edə bilməyiblər. Ümumiyyətlə, indi zəif komanda yoxdur. Biz özüsmüz də Lüksemburqla oyunda bunun şahidi olduq.
- Rəqibə qarşı hansı taktika ilə oynamaq daha düzgün olardı?
- Taktikanı baş məşqçi müəyyənləşdirir. İnanıram ki, Bento ən düzgün olan taktikanı seçəcək. Ümumilikdə isə, evdə oynadığımızdan təbii ki, hücumda oynamalıyıq.
- Bento 4-4-3 taktiki sxemi ilə oynayacağınızı deyib...
- Gördüyünüz kimi, hücumda oynayacağıq.
- Matçın Braqaya təyin olunması haqda nə deyə bilərsən?
- Braqa yaxşı şəhərdi. Buranın gözəl komandası və stadionu var. Son illər klubu da xeyli inkişaf edib. Bir sözlə, bu şəhəri futbolşəhəri adlandırmaq olar və əminəm ki, oyun günü tribunalar tam dolu olacaq.
- Qol vuracağına söz verirsən?
- (gülür). Yox, söz vermirəm. Amma söz verirəm ki, əlimə imkan düşsə, qaçırmayacam.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi