Türkiyə futbolunun tanınmış simalarından olan qapıçı Rüşdü Rəçbər aktiv futbolla vidalaşıb.
Qol.Az-ın “htspor.com” saytına istinadən verdiyi məlumata görə, 39 yaşı olsa da, özünü yaxşı hiss etdiyini, daha 2 il “Beşiktaş” komandasının şərəfini qorumağa hazır olduğunu söyləyən Rüşdü Rəncbərin belə qərar verməsinin səbəbi “Beşiktaş” klubunun prezidenti Fikrət Ormanın sözləri olub.
Fikrət Orman telekanalların birinə müsahibəsində heyətdə 39 yaşlı qapıçı istəmədiyini bəyan edib. “Beşiktaş” komandası ilə müqaviləsi ötən mövsüm sona çatan Rüşdü Türkiyədə bir çox komanda tərəfindən istənsə də, o cümlədən xarici komandalardan da təklif alsa da, başqa komandalara getməyə müsbət yanaşmayıb və futbolla vidalaşıb.
2002-ci ildə dünya çempionatında, 2008-ci ildə Avropa çempionatında üçüncü yeri tutmuş Türkiyə yığmasının şərəfini qorumuş, “Fənərbaxça” komandası ilə 5 dəfə, “Beşiktaş” komandası ilə 1 dəfə Türkiyə Superliqasında çempionluq yaşamış bu əfsanəvi qapıçı üçün vida oyununun keçirilməməsi isə daha çox diqqət çəkir.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi