"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində bu axşam öz meydanında Azərbaycan milli komandası ilə qarşılaşacaq Portuqaliya yığmasının baş məşqçisi Paulo Bentu oyunöncəsi mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis ona ünvanlanan bir çox sualları cavablandırıb:
- Cənab Paulo, Azərbaycanla matç öncəsi Lüksemburqla oyunu yetərincə analiz edə bilmisiniz?
- Həmin oyun haqda fikirlərimi demişəm. Çalışmalıyıq ki, həmin oyunda buraxdığımız səhvləri bu dəfə təkrarlamayaq. Lazım olan etmək üçün hələ 36 saat vaxtımız var və bundan istifadə etməliyik. Ümid edirəm ki, hazırlığımız yüksək səviyyədə olub.
- Amma razılaşın ki, Lüksemburqa qarşı, oyun bizim oyun deyildi...
- Etiraf edirəm ki, Lüksemburqla oyunda səviyyəmizdən aşağı çıxış etdik. Çünki bizim potensialımız daha yaxşı çıxış etməyə imkan verir. Ancaq əsas məqsədimiz qələbə qazanmaq idi ki, bunu da bacardıq.
- Azərbaycanla oyunda taktiki dəyişiklik etməyi düşünürsünüz?
- Öncə onu deyim ki, hədəf istənilən halda dəyişməyəcək və taktikadan aslı olmayaraq, meydançaya qələbə üçün çıxacağıq. Lüksemburq üzərindəki 2:1-lik qələbəni o qədər də bayram etmək niyyətində deyilik. Azərbaycan daha təhlükəli komandadır. O ki qaldı taktikaya, bizim ənənəvi taktikamız var: 4-3-3. Həmişə bu taktikamıza sadiq qalmışıq və Azərbaycanla oyunda da 4-3-3 taktikası ilə oynayacağıq. Qoy, rəqib bizə görə oynasın.
-Rəqib sürpriz edə bilər?
- Bu, bizdən aslıdır. Güclü olduğumuzu oyunumuzla sübut etməliyik. Bunu bacarsaq, rahat qələbə qazanacağıq. Yox, əgər yersiz top itkilərinə yol versək, top saxlaya bilməsək, o zaman bizim üçün çox çətin olacaq.
- Qrupun favoritlərindən sayılan Rusiya da ilk turu qələbə ilə başa vurub. Sabah xal itirsək, əsas rəqibinizin sizi keçmək şansı yaranacaq...
- Bizim hədəfimiz ilk iki turdan 6 xal götürmək idi. 3 xal götürmüsük, qalıb ikinci 3 xal. Bunun üçün də sabah bütün gücümüzü ortaya qoyacağıq. Çox diqqətli oynamalıyıq. İlk növbədə əldə etdiyimiz real imkanları praktiki olaraq həyata keçirməli və qol vurnalıyıq. Yalnız bu zaman qarşıya qoyulan məqsədə çatmaq olar.
Qeyd edək ki, Portuqaliya - Azərbaycan oyunu bu axşam, Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi