"Bakı"nın gənc müdafiəçisi Şəhriyar Əliyev klubun rəsmi saytına maraqlı müsahibə verib. Həmin müsahibədə o, futbola gəlişindən tutmuş, hazırkı günə qədər keçdiyi karyerası haqqında danışıb. Qol.Az həmin müsahibəni sizə təqdim edir:
“Şanslı insanam”
Şəhriyar Əliyev 1992-ci ildə Bakıda, Bakıxanov qəsəbəsində doğulub. Uşaqlıqdan futbola həvəsi olan Şəhriyar məhəllədə böyük qardaşları ilə oynamağa başladı. Bu işdə ona atası Abış kişi kömək edir. O 2000-ci ildə oğlunu evlərinin yaxınlığındakı İsmət Qayıbov adına stadiona, əməkdar məşqçi Fazil Abbasovun yanına gətirərək məşqlərə yazdırır. Bir müddət sonra Fazil müəllimdən Şəhriyarın xoş xəbərlərini alan ata dörd ildən sonra onun daha yüksək nailiyyətlər qazanması üçün Kazbek Tuayevin futbol məktəbinə yazdırır. Burada məşqçi Bəhmən Həsənovun yanında Bakı birinciliyində çıxış edən Şako orada Qarabağın məşqçilərinin diqqətini çəkir. 2006-cı Qarabağın 17 yaşadək futbolçulardan ibarət komandasında oynayan müdafiəçi Bakıya bu klubdan gəlib: “Bakı”nın inzibatçısı Astan müəllimin vasitəsi ilə Bakıya gəldim. O vaxt əvəzediciləri Nazim Süleymanov çalışdırırdı. Baxışdan uğurla keçəndən sonra mənimlə müqavilə bağladılar”. Burada işləri yaxşı gedən Əliyev əsas heyətdə futbol oynamağa başlayır. Hər bir gənc futbolçunun üzləşdyi problem qarşıda Şəhriyarı da gözləyirdi. “Görəsən, böyük futbola düşə biləcəyəmmi? –sualıyla qovrulan Bakılı bir çox istedadlı gənclər kimi yaşının çox olmasına görə əvəzedicilərin çempionatından kənarlaşdırılaraq itib- batmaqdan qorxurdu. Çünki ölkəmizdə 18- 19 yaşlı futbolçular arasında çempionat keçirilmir. Bu yaşa çatan futbolçuların bəziləri əsas heyətə, bir qismi I divizyona, digər qismi isə başqa sahələrə üz tutur. Son iki ildə Bakı klubunun gənc futbolçulara dəstək verməsi Şəhriyarın da üzünü güldürdü. Çünki son ümidlərlə əvəzedicilərdə çıxış edən müdafiəçi taleyin bu səxavətini gözləmirdi: “Məşqçilər mənim ötən mövsümün əvəzediicilərdə son olacağınlı bildirmişdi. Bu əsas komandaya düşmək üçün son şanslarım idi. Aleksandr Starkov tez-tez oyunlarımıza baxmağa gəlirdi. Yaxşı başa düşürdüm ki, onun diqqətini çəkməsəm, hər şey bitə bilər. Çox şanslı insanam. Sevinirəm ki, hər şey istədiyim kimi oldu. Qəhrəman Əliyev də barəmdə Starkovla danışdı. Klub rəhbərliyinin də gənclər barədə siyasəti işimə yaradı. Və məni əsas komandaya gətirdilər”.
“Starkov mənə çox kömək edib”
Aleksandr Starkovun bəzi gənc futbolçular üçün yaşıl işıq yandırması onun Bakıda gördüyü ən təqdirəlayiq işlərdən biri idi. Düzdür, ona qədər Böyükağa Hacıyev, Coko Hacıyevski ara-sıra əvəzedicilərin qapısını döysə də bu çox vaxt jest olaraq qalırdı. Yəni bu uşaqların çoxu ya əsas komandada məşq edir, ya da hansısa lazımsız oyunda meydana çıxmaqla məşqçinin gənclərlə bağlı müsbət fikirdə olmasını isbat edirdi. Starkov isə həmkarlarından cəsarətli çıxaraq ilk onbirlikdə gəncləri oynatmaqdan çəkinmədi. Bəzi oyunlarda bu ona baha başa gəlsə də, o gənclər üçün bunu etdi. Şəhriyar Starkovu belə xatırlayır: “İlk dəfə onun rəhbərliyi ilə əsas komandada məşqlərə başladım. Starkov mənə çox kömək edib. O gənclərə sözün həqiqi mənasında inanırdı. Çoxlarınn gözləmədiyi halda Rəhmanı, Aqili, Nurlanı məni risk edib oynadırdı”.
“İbrahim, Cəmşid və Denisdən çox şey öyrənmişəm”
Şəhriyar ilk dəfə Premyer liqada oynamaq üçün 4 ay gözləməli oldu. 26 noyabr 2011-ci il Şəhriyarın karyerasında ən yaddaqalan hadisələrdən biri yaşandı. O, əsas heyətin üzvü təcrübəli Elvin Əliyevin zədələnməsi ilə əsas heyətdə meydana çıxdı. Evdə "Turan"ı qəbul edən "Bakı"nın ilk 11-də 25 nömrəli futbolkada meydana çıxan Şako debut oyununu belə xatırlayır: “Həmin gün çox həyəcanlı idim. Əsas heyətdə oynayacağımı deyəndə əvvəlcə sevincımın hədd-hüdudu yox idi. Çünki, “Bakı” kimi komandanın formasını geyinmək şərəfdir. Müdafiədə təcrübəli adlarla bir yerdə oynamaq isə bir başqa hisslər doğururdu. İbrahim Cəmşid və İvanovs mənə dəstək oldular. Bu futbolçulardan çox şey öyrənmişəm.
“Ən böyük arzum milli komandanın formasını geyinməkdir”
Bakının əsas heyətinə düşən Şako buradan milli komandanın məşqçilərinin də diqqətini cəlb edir. 21 yaşadək milliyə çağrılsa da, Bernhard Lippert futbolçunu təlim-məşq toplanışından sonra oynatmadı. Şəhriyar bunu belə izah edir: “U-21 təlim-məşq toplanışında iştirak etdim. Bundan sonra rəsmi oyunlarda iştirak edəcəyimi gözləyirdim. Lakin bu baş vermədi. Buna görə özümü günahkar sayıram. Görünür, məşqçilərin etimadını qazana bilmədim. Ruhdan düşmürəm. Yenə dəvət gözləyirəm. Çünki, milli komandanın formasını geyinmək arzumdur. Milliyə layiq olduğumu sübut edəcəyəm”.
“Gənclərə daha da önəm versələr, yaxşı olar”
Bakının əsas heyətində klubun yetirməsi olan 8 gənc futbolçu var. Onların əksəriyyəti müxtəlif yaş qrupları üzrə millilərdə oynayır. Şəhriyar klubda gənclərə yaradılan şəraitin uğur qazanmaq üçün münasib olduğunu qeyd etdi: “Bizə lazım olan hər şey klubda var. Bandoviç də, peşəkar məşqçidir. Haqlı olaraq, rəhbərlik futbolçulardan yüksək nailiyyətlər qazanmağı tələb edir. Bakıda yerli futbolçu nəsli yetişir. Gənclərə daha da önəm versələr, yaxşı olar”.
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"