Hava şəraiti "Xəzər Lənkəran"ın hazırlığını pozdu

XƏBƏR 10 Sentyabr 2012 / 17:43 2506
-  A +

Həftəsonu  Azərbaycan Premyer Liqasının V turu çərçivəsində əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” qarşılaşmanın hazırlıqlarını doğma Lənkəranda davam etdirir.

Qol.Az-ın məlumatına görə, hava şəraiti baş məşqçi Yunis Hüseynovun planlarını pozub.

Belə ki, güclü yağış səbəbindən komandanın dünənki səhər məşqi açıq havada yox, fitness zalda olub. Komanda ayın 13-ə kimi gündə iki dəfə olmaqla, məşqlərini Lənkəranda keçəcək. Daha sonra isə Bakıya yollanacaq.

Qeyd edək ki, “Neftçi”- “Xəzər Lənkəran” matçın sentyabrın 16-da Bakıda oynanılacaq. Matçın keçiriləcəyi stadion hələ ki, rəsmən təsdiqlənməsə də, böyük ehtimalla bu, Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadion olacaq.

Daha çox


Son xəbərlər