“İnter”- “Sumqayıt” matçının keçiriləcəyi məkan bəlli oldu

“İnter”- “Sumqayıt” matçının keçiriləcəyi məkan bəlli oldu
XƏBƏR 10 Sentyabr 2012 / 15:08 1673
-  A +

Həftəsonu Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “İnter”-“Sumqayıt” matçının oynanılacağı məkan bəlli olub.

Qol.Az-ın əldə etdiyi məlumata görə, qarşılaşma Şüvəlandakı “AZAL Arena”da baş tutacaq.

Belə ki, “İnter”in ev oyunlarını keçirdiyi “Şəfa” stadionu 17 yaşadək qızların dünya çempionatı ilə əlaqədar çempionat oyunları üçün qapalı olduğundan “bankirlər” “Sumqayıt”ı AZAL-ın stadionunda qəbul etməyə qərar veriblər.

Daha çox


Son xəbərlər