Yığma komandaların dünya çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar avqustun 29-dan Gürcüstanda təlim-məşq toplanışı keçən "Simurq" artıq vətənə dönüb.
Qol.Az-ın Zaqatala klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda sentyabrın 8-də Rustavi şəhərinin "Polad" stadionunda "Metallurq" klubu ilə yoldaşlıq görüşü keçirdib.
Qarşılaşmadan "Simurq" 22-ci dəqiqədə sarı-qaraların gənc üzvü Murad Səttarlının vurduğu yeganə qol sayəsində qalib ayrılıb.
Xatırladaq ki, Zaqatala təmsilçisi qonşu ölkədə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bundan öncə Tiflisin "Lokomotiv" kollektivi ilə üz-üzə gəlmiş və 2:1 hesablı qələbəylə meydanı tərk etmişdi. Artıq dünən səhər saatlarında Zaqatalaya qayıdan komanda, bir günlük istirahətdən sonra bu gün axşamdan "Rəvan"la oyunun hazırlıqlarına start verəcək.
Qeyd edək ki, "Simurq" V tur çərçivəsində senytabrın 15-i paytaxt təmsilçisinin qonağı olacaq.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi