Portuqaliya-Azərbaycan oyununa nə qədər bilet satılıb?

Portuqaliya-Azərbaycan oyununa nə qədər bilet satılıb?
XƏBƏR 10 Sentyabr 2012 / 13:36 3195
-  A +

Sabah DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində Portuqaliyada keçiriləcək Portuqaliya-Azərbaycan matçına böyük maraq var.

Qol.Az-ın Portuqaliya mətbuatına istinadən verdiyi məlumata görə, Braqa şəhərində oynanılacaq qarşılaşmaya artıq 23000-dən bir qədər də artıq bilet satılıb.

Satışların sabah axşama qədər davam edəcəyini nəzərə alsaq, azarkeş sayının daha çox olacağını proqnozlaşdırmaq olar.

Qeyd edək ki, matçın keçiriləcəyi Braqa stadionunun tutumu 30286 nəfərdi

Daha çox


Son xəbərlər