2016-cı il Şahmat Olimpiadası Bakıda keçiriləcək. Bu barədə qərar Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub.
Bolqarıstan və Estoniya yalnız olimpiadaya namizədliyini irəli sürdüyü üçün yalnız Azərbaycanın namizədliyinə baxılıb. Lakin konqresin əvvəlində Ermənistan tərəfi olimpiadanın ölkəmizdə təşkilinin müzakirə olunmasına mane olmağa çalışıb. Ermənistan Şahmat Akademiyasının direktoru Ermənistan – Azərbaycan münaqişəsinin keçirildiyi müddətdə olimpiadanın Bakıda keçirilməməsini təklif edib. Lakin Türkiyə Şahmat Federasiyasının prezidenti Ali Nihat Yazıçı öncə Bakı şəhərinin təqdimatının nümayişini, sonra isə Ermənistan tərəfinin təklifinin səsə qoyulmasının məqsədəuyğunluğunu deyib. Bakının təklifinin dəyərləndirilməsi səsvermə ilə qərara alınıb.
Azərbaycan Gənclər Fondunun sədri Fərhad Hacıyev Azərbaycan paytaxtında son illər baş verən yeniliklərdən söhbət açıb. O, Bakının imkanlarından, paytaxtımızda əvvəllər müxtəlif idman növləri, o cümlədən, şahmat üzrə nüfuzlu yarışların keçirildiyini xatırladıb. Hacıyev olimpiadanı “Baku Crystal Hall”da keçirmək istədiklərini, iştirakçıların isə ən yüksək səviyyəli otellərdə qalacaqlarını açıqlayıb. Ardından Bakının imkanlarından bəhs edən təqdimat xarakterli film təqdim olunub.
Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiadası uğrunda mübarizədə Bakının imkanlarından danışıb. O, Azərbaycanda şahmatın kütləviliyi və inkişafı istiqamətində dövlət səviyyəsində aparılan işləri sadalayıb. Ermənistan tərəfinin etirazına toxunan nazir indiyədək ölkəmizdə keçirilmiş güləş üzrə 2007-ci il dünya çempionatında Ermənistan və digər ölkələrin yığmalarının tərkibində üst-üstə 51 erməni idmançının iştirak etdiyini və onların tam təhlükəsizliyinin təmin olunduğunu deyib. O, boks üzrə dünya çempionatında Rusiya yığmasının üzvü olan erməninin qızıl medal qazandığını söyləyib. Nazir bildirib ki, olimpiada Bakıda keçirilsə, təşkilatçılığın ən yüksək səviyyədə olacağına dövlət səviyyəsində təminat veriləcək.
Rəhimovdan olimpiadanı keçirməyə Azərbaycanın büdcəsinin lazımi səviyyədə olub-olmadığı soruşulub. Nazir cavabında lazımi büdcənin və sponsor dəstəyinin olduğunu vurğulayıb: “Bu il keçirdiyimiz “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsində 10 milyon avroya təminat vermişdik. Şahmat Olimpiadası üçün 1 milyon avronu ödəmə təminatında heç bir problemimiz yoxdur”.
Afrika Şahmat Federasiyasının nümayəndəsi qara qitədən gələn ölkələrə vizanın necə veriləcəyini soruşub. Nazir “Eurovision”da bütün qonaqlara vizanın hava limanında verildiyini xatırladıb. Eyni zamanda internet vasitəsilə də təsdiq məktubu alınacağını deyib. Qonaqların harada qalacaqlarına dair suala isə nazir belə cavab verib: “2017-ci ildə İslam Olimpiya Oyunları keçirəcəyik. Bu məqsədlə Olimpiya şəhərciyinin keçirilməsinə başlamışıq. Qonaqlar orada da qala bilərlər”.
Məşhur şahmatçı Naycel Şort otellərin olimpiada məkanından uzaqlığının nə qədər olduğunu soruşub. Nazir ona “Siz bir neçə dəfə Bakıda olmusunuz və məsafələrin nə qədər olduğunu bilirsiniz. Bütün otellər dəniz kənarındadır. Özəl ayaqqabınız yoxdursa, 10 dəqiqəyə bu məsafələri qət edə bilərsiniz” - deyə cavab verib.
Erməni şahmatçılarına vizanın verilməsinin necə olacağı da nazirdən soruşublar. Nazir FİDE-nin bütün iştirakçılar üçün verdiyi təminatların ermənilərə də şamil olunacağını deyib. FİDE-nin əslən erməni vitse-prezidenti Vanik Kazaryan isə buna inanmadığını və heç bir erməninin Bakıya gəlməyəcəyini açıqlayıb. Ermənistan Şahmat Federasiyasının nümayəndəsi isə son 20 ildə heç bir erməninin Bakıya getmədiyini və heç bir azərbaycanlının İrəvana getmədiyini söyləyib. O, Azərbaycanın təminatına inanmadığını deyib. Azad Rəhimov isə güləş və boks üzrə dünya çempionatlarında Ermənistanın təmsil olunduğunu bir daha xatırladıb və “Siyasətin idmana qarışmasını istəməzdim. İnşallah, 2016-cı ilədək bu problem həllini tapar”.
Ona Pakistan Şahmat Federasiyasından dəstək, Ermənistan Şahmat Federasiyasına isə tövsiyə verilib: “Pakistan şahmatçıları Hindistana gedə bilirlər, siz yox. Ondansa, özünüz öz şahmatçılarınızı göndərməyə çalışın”.
Nazir erməni nümayəndə heyətinə dünya standartlarına uyğun ən yüksək səviyyədə təminat veriləcəyini açıqlayıb: “Bakıdakı bütün polislər təhlükəsizliyi qorumaq üçün yetərli olacaq. Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti ölkəmizdə səfərdə olarkən, Bakıda bazara getmək istədiyini söylədi, mən də istəyirsəniz, mən öz avtomobilimi sizə verim, gedə bilərsiniz, heç bir problem çıxmaz” söylədim. O, heç bir problem olmadan paytaxtımızı tərk etdi”.
FİDE prezidenti Kirsan İllümjinov son iki ayda Ermənistan və Azərbaycan prezidentləri ilə görüşdüyünü xatırladıb: “Bəlkə 2016-cı ilədək münaqişə yoluna qoyular və Şahmat Olimpiadası iki ölkə arasında dostluğun təməlinin qoyulmasına səbəb olar. Olimpiada Bakıda keçirilərsə, təklif edərdim ki, nümayəndə heyətində Ermənistan nümayəndəsi də olsun”.
A.Rəhimov isə milliyyətcə erməni olan bakılı Harri Kasparovla eyni universitetdə oxuduğunu və onun Ermənistan nümayəndə heyəti ilə Azərbaycan arasında bir körpü olacağına inandığını deyib.
Sonda Şahmat Olimpiadasının Bakıda keçirilməsi təklifi səsə qoyulub. Əksəriyyət təklifin lehinə səs verib. Beləliklə, Azərbaycan idmanı tarixi ərzində ölkəmizin ən nüfuzlu yarışına təşkilatçılıq edəcəyi təsdiqlənib. Bundan sonra başda FİDE prezidenti Kirsan İllümjinov olmaqla, hamı Azərbaycanın gənclər və idman nazirini təbrik edib. A.Rəhimovu təbrik edənlər arasında Vanik Kazaryan da olub.
Qeyd edək ki, Bakıda Şahmat Olimpiadasının 2016-cı ilin sentyabrında təşkili nəzərdə tutulub.
Mənbə: Lent.az
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi
Xusanov ata oldu - Video
Ahmet Çakar “Qarabağ”ın epizodu haqda nə dedi?
"Xankəndi" bu dəfə 5 qolla qalib gəldi - Video
Salah "Liverpul"dan ayrılacağını açıqladı
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi