UEFA "Neftçi"yə məsləhət verdi

UEFA "Neftçi"yə məsləhət verdi
XƏBƏR 8 Sentyabr 2012 / 16:30 3952
-  A +

UEFA-nın Şərq regionu üzrə bölgə direktoru Bruno Volfisberq və Kommersiya məsələləri üzrə mütəxəssisi Kris Vilson Bakıda 2 günlük səfərdə olublar.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA rəsmilərinin səfərində məqsəd "Neftçi"nin Avropa Liqası turniri çərçivəsində keçirəcəyi oyunlar öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olub.

Nümayəndələr qarşılaşmaların baş tutacağı T.Bəhramov adına respublika stadionuna baxış keçiriblər. Bununla yanaşı qonaqlar kommersiya, mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz tövsiyyələrini verib və UEFA-nın tələblərini "Neftçi"yə bildiriblər.

Avropanın ali futbol qurumunun nümayəndə heyəti oktyabrın 4-də keçiriləcək "Neftçi" "İnter" oyunu ərəfəsində daha geniş heyətlə ölkəmizə səfər edəcəklər.

Daha çox


Son xəbərlər