Dünən DÇ-2014-nin seçmə qrup oyununda İsraillə 1:1 oynayan milli komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.Az saytına müsahibə verib.
- DÇ-2014-un ilk oyununda İsraillə 1:1 edərək, ilk xalınızı qazandınız. Qarşılaşma barəsində nə deyə bilərsən?
- İlk oyunda doğma azarkeşlər önündə qələbə qazanmaq istəyirdik. Oyuna ilk dəqiqələrdən pis başlamamışdıq. Lakin sonradan bir qədər sakitləşdik. Ancaq oyunboyu bizim təhlükəli epizodlarımız rəqibə nisbətən daha çox oldu. Sadəcə, bunlardan maksimum istifadə edə bilmədik. Ümumilikdə, bir xalı qənaətbəxş hesab etmək olar.
- İlk hissədə millimizin zəif çıxışını nə ilə əlaqələndirmək olardı?
- Fikrimcə, ilk yarıda hər iki komanda zəif təsir bağışladı. Çünki oyunun ilk dəqiqələrindən heç kim kobud səhvə yol vermək istəmirdi. Daha çox kəşfiyyat xarakterli oyun gedirdi. Yəni, İsrail komandası da bizdən ehtiyyat edirdi.
- İkinci hissədə sənin meydaçaya çıxmağın oyunda canlanma yaratdı. Bərabərlik qolu da bundan sonra vuruldu. Öz oyunundan razı qaldın?
- Hər bir futbolçu əvəzlənərkən meydançaya oyunun taleyini dəyişmək üçün çıxır. Bu əvəzlənməni də uğurlu taktiki gediş adlandırmaq olar. Öz oyunuma gəlincə, mərkəzlə yaxşı tandem qura bildik və oyunum yaxşı alındı. Çox şad oldum ki, meydançaya çıxışımdan sonra komandamızın oyununda bir canlanma yarada bildim. Həmçinin ayağım düşərli oldu, qol vurduq.
- Səncə, niyə qarşılaşmada hücumçulardan daha çox yarımmüdafiəçi və müdafiəçilərimiz rəqibin qapısında təhlükə yaradırdılar. Demək, hücumdakı köhnə xəstəliyimiz hələ də aradan qalxmayıb...
- Mən belə deməzdim. Əvvəlki illərə baxanda artıq hücumda irəliləyişlər var. Komandamız istənilən güclü rəqibin qapısına qol vurmağı bacarır, yavaş-yavaş öz gücünü artırır. Belə götürəndə, biz bu qarşılaşmada qələbə qazanmalıydıq.
- Sənə elə gəlmir ki, rəqib millimizin belə müqavimət göstərəcəyini gözləmirdi? Yəqin fikirləşirdilər ki, daha çox müdafiədə oturaraq, əks-hücumlar təşkil edəcəyik.
- Doğrudan da İsrail komandası öz oyununu oynaya bilmədi. İkinci hissədə qapımızdan qol buraxdıqdan sonra tempi daha da artıraraq bərabərlik qolunu vurduq. Görünür, bundan sonra rəqib bir qədər çaşqınlıq yaşadı. Nəticədə İsrail yığmasının qapısı qarşısında ard-arda təhlükəli qol vəziyyətləri yaratdıq. Çox təəssüflər olsun ki, bir az dəqiqlik çatmadı. Artıq bu oyun başa çatıb. İndi qarşıdakı çətin Portuqaliya səfərini düşünməliyik.
- Portuqaliya önündə ən azı İsraillə oyundakı nəticəni təkrarlaya bilərsiniz?
- İlk oyundan sonra komandanın özünə inamı xeyli artdı. Lakin yaxşı başa düşürük ki, bizi səfərdə hansı rəqibə qarşı oyun gözləyir. Əlimizdən gələni etməliyik ki, səfərdən məğlubiyyətlə qayıtmayaq.
- Nəzərə alaq ki, dünən Portuqaliya səfərdə Lüksenburqu çətinliklə məğlub etdi...
- Hər bir komanda öz meydançasında daha inamlı təsir bağışlayır. Biz də öz meydançamızda Portuqaliyanı qəbul etsəydik, vəziyyət tamam başqa cür olardı. Çətin olacaq, amma buna baxmayaraq, uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. Futbolda mümkünsüz heç nə yoxdur.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı