İsrail milli komandasının baş məşqçisi Eli Qutman DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyundan sonra mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Qutman öncə oyunla bağlı fikirlərini bölüşüb.
İlk öncə hamını salamlayıram. Bura qələbə dalınca gəlmişdik, 4-4-2 sistemi ilə meydançaya çıxmışdıq. Azərbaycanın oyununda çox böyük irəliləyiş var. Biz bu gün topla təmkinlə rəftar edə bilmədik. İkinci hissədə isə taktiki dəyişiklərə əl atmalı olduq. Çünki rəqib də iki dəyişiklik etdi. Xüsusilə Əfran İsmayılov özünü çox yaxşı tərəfdən göstərdi.
- Hesab oyuna görə oldu?
- Mən komandamın oyunundan razı qaldım. Düşünürəm ki, qələbə qazanmağımıza bir qədər aqressiyanın azlığı mane oldu.
- Hakimlik haqqında nə deyə bilərsiniz?
- Hakimlik haqqında danışmaq istəmirəm. Oyunu televiziya vasitəsilə göstərirdilər və həmin epizoda baxandan sonra siz deyə bilərsiniz ki, penalti var idi, ya yox.
- Vurduğunuz qola görə Azərbaycan millisinin qapıçısına təşəkkür düşür?
- Təşəkkür yalnız Allaha düşür.
- Azərbaycan millisi bu oyunla Poruqaliyada sürpriz edə bilər?
- Bir daha deyirəm, Azərbaycanın yaxşı milli komandası var. Portuqaliya ilə oyuna gəlincə, məncə, hər oyunun öz özəlliyi var və Foqts yəqin ki, komandasını həmin oyuna lazımınca hazırlaya biləcək.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi