İsrail millisinin qapıçısı erkən qoldan çəkinir

İsrail millisinin qapıçısı erkən qoldan çəkinir
XƏBƏR 7 Sentyabr 2012 / 18:30 2202
-  A +

“Bizi necə çətin oyunun gözlədiyini gözəl bilirik. Artıq müasir futbolda zəif rəqib qalmayıb. Azərbaycan yetərincə potensialı olan millidir, bu komandanın başında Berti Foqts kimi məşqçi dayanıb. Bir sözlə, oyun çox çətin keçəcək”.

Qol.Az-ın məlumatına görə, bu sözləri İsrail mətbuatına bugünkü açıqlamasında bu ölkənin milli komandasının və İspaniyanın “Malyorka” klubunun qapıçısı Dudu Aouate deyib.

Millimizlə bugünkü qarşılaşmaya toxunan Dudunu ən çox erkən qol narahat edir: “Rəqib evdə oynadığından, meydançaya qələbə üçün çıxacaq. Ola bilsin, ilk dəqiqələrdən hücuma atılsınlar. Odur ki, müdafiədə çox diqqətli oynamalıyıq ki, erkən qol buraxmayaq. Əks halda işimiz çətinləşə bilər”.

İsrailli qapıçı Bakıdakı təhlükəsizlik tədbirləri haqqında da danışıb: “Bəli, burada bizi mühavizə edirlər. Ancaq hələ ki, heç bir xoşagəlməz hadisə ilə üzləşməmişik və ümid edirəm ki, üzləşməyəcəyik də”.

Daha çox


Son xəbərlər