Marko Mitroviç: “Partizan” ”Neftçi”ni yaxşı təhlil edib”

Marko Mitroviç: “Partizan” ”Neftçi”ni yaxşı təhlil edib”
XƏBƏR 7 Sentyabr 2012 / 16:15 2494
-  A +

“Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu adına çox yaxşı oldu. Çünki bundan sonra digər klublar da “Neftçi”yə baxıb onun uğurunu təkrarlamağa can atacaqlar. O ki qaldı şanslara, kağız üzərində “Neftçi” qrupun audsayderi görünür. Ancaq bir məsələ də var ki, oyunun nəticəsi kağız üzərində yox, meydançada həll olunur”.

Bu sözləri Qol.Az-a açıqlamasında Bakının "Olimpik" klubunun sabiq serbiyalı futbolçusu Marko Mitrovuç deyib.
 
O, sentyabrın 20-də oynanılacaq “Partizan”-“Neftçi” oyunu haqda da fikirlərini bölüşüb: “Hər iki tərəf üçün çətin qarşılaşma olacaq. Evdə oynamaq “Partizan”a müəyyən üstünlük verir. Amma bəzən müasir futbolda ev-səfər söhbəti heç bir əhəmiyyət daşımır. Məsələn, elə “Neftçi”nin səfərdə APOEL-i məğlub etməsi də bunu sbüut edir”.

Serbiyalı sabiq futbolçu həmyerlilərinin bu oyuna çox ciddi hazırlaşdığını da qeyd edib: “Məndə olan məlumata görə, “Partizan” “Neftçi”ni çox yaxşı təhlil edib, oyunlarının kasetinə baxıb. Bundan başqa, Azərbaycanla əlaqəsi olan serblərdən də məlumat toplayırlar. Ancaq açığı məndən kömək istəyən olmayıb (gülür). Olsa edərdim ya yox? İstəsəm də bu, mümün olmazdı. Çünki mən 6 ildən çoxdur Azərbaycandan çıxmışam və heç özüm də bilmirəm indi “Neftçi”də nə var, nə yox”.

Daha çox


Son xəbərlər