“Biz İsraildə olanda yerli mətbuatın bu oyunla bağlı yazdıqlarını oxuyurduq. Bizim jurnalistlər hesab edir ki, Azərbaycan millisi bütün komponentlərdə İsrail millisindən zəifdir. Ancaq bu, belə deyil. Əksinə, mən deyərdim ki, Azərbaycan millisi İsrail jurnalistlərinin dediyi qədər də zəif deyil”.
Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün keçiriləcək DÇ-2014-ün Azərbaycan-İsrail seçmə qrup matçından öncə İsrail mətbuatına açıqlamasında bu ölkənin yığma komandasının aparıcı futbolçusu Yossi Benayun deyib.
O, millimizlə oyunun çox çətin keçəcəyini düşünür: “Azərbaycan milllisi çox yaxşı komandadır. Onların yaxşı futbolçuları və əla məşqçiləri var. Odur ki, rəqibə hörmətlə yanaşmalıyıq. Oyun bizim üçün çox çətin keçəcək”.
Təcrübəli futbolçu bugünkü oyunda oynayıb-oynamayacağına isə belə aydınlıq gətirib: “Hər şey baş məşqçinin verəcəyi qərardan aslı olacaq. Şans verilsə, çıxıb bütün gücümlə mübarizə aparacağam".
Qeyd edək ki, Azərbaycan-İsrail matçı bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi