Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello İngiltərə yığmasından ayrılmasının səbəbini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, Rusiya mətbuatına danışan italiyalı mütəxəssis bunun səbəbini özünə qarşı hörmətsizliklə əlaqələndirib:
"İngiltərədən ayrılmağım haqda danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, bunun səbəbi mənə qarşı olan hörmətsizliklə əlaqədar idi. Qarşı tərəfdən hörmət görmədiyim üçün oradan ayrıldım.
Artıq Rusiya millisinin uğurları haqda düşünürəm. Bu komanda son Avropa çempionatında yaxşı çıxış etdi. Rusiya millisində həmin ruhu və stili görmək istəyirəm. Əgər eyni tempdə çıxış etsək, dünya çempionatına vəsiqə qazanacağıq".
Qeyd edək ki, Kapello İngiltərə Futbol Federasiyası tərəfindən millinin müdafiəçisi Con Terrinin kapitanlıq sarğısı əlindən alındıqdan sonra istefa verdiyini açıqlamışdı.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi