“Neftçi”-“Hapoel” matçında olduğu kimi, Azərbaycan-İsrail qarşılaşmasında da təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunub.
Qol.Az-ın məlumatına görə, israillilər ölkəmizə ayaq basan andan xüsusi qoruma altına alınıblar.
Onlara qaldıqları oteldən şəhərə çıxmağa icazə verilmir. Məşqə isə polis kartejlərinin müşayəti ilə gəlib gedirlər. İsraildən bir qrup mühafizəçi də komanda ilə birgə ölkəmizə gəlib. Elə rəqib komandanın baş məşqçisinin dünən baş tutan mətbuat konfransı zamanı da zalda xüsusi qulaqcıqla təmin olunmuş iki israilli mühafizəçinin olması diqqət çəkdi.
Eyni zamanda xeyli polis işçisi də arenanı dörd bir tərəfdən qoruyurdu. Bunlar azmış kimi, İsrail tərəfi matçda qeydiyyatdan keçmiş azərbaycanlı jurnalistlərin də siyahısını tələb edib. Ən maraqlısı odur ki, qonaqların mühavizə xidməti bu gün Respublika stadionuna başdan-ayağa baxış keçirib və bu məqsədlə xüsusi təlim görmüş itlərdən də istifadə olunub. Eyni yoxlanışın sabah oyundan bir neçə saat öncə də aparılacağı gözlənilir. Bütün bu narahatlıqlar isə “Neftçi”-“Hapoel” matçında olduğu kimi, İran tərəfindən mümkün terror aktının olam qorxusundan irəli gəlir.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi