“Xəzər Lənkəran” “Kəpəz”ə qalib gəldi

“Xəzər Lənkəran” “Kəpəz”ə qalib gəldi
XƏBƏR 6 Sentyabr 2012 / 23:38 2698
-  A +

Mili komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən klublar yoxlama görüşlərində qüvvələrini sınayırlar.

Qol.Az-ın məlumatına görə, belə qarşılaşmalardan biri bu gün Şüvəlandakı “AZAL Arena”da baş tutub.

“Kəpəz”lə üz-üzə gələn “Xəzər Lənkəran” rəqibini 4:2 hesabıyla məğlub edib. Lənkəran klubunun heyətində yeni transferlər Beto (2), Dialmas Salmas və Kazım Kazım fərqlənib. “Kəpəz”in qollarına isə Bəxtiyar Sultanovla Yuri Fomenko imza atıb.

Qeyd edək ki, Fomenko dubl etməyə yaxın olsa da, onbirmetrlik cərimə zərbəsindən istifadə edə bilməyib.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir