Azərbaycan-İsrail matçına nə qədər bilet satılıb?

Azərbaycan-İsrail matçına nə qədər bilet satılıb?
XƏBƏR 6 Sentyabr 2012 / 23:26 3316
-  A +

DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan-İsrail matçına maraq böyükdür və bilet satışları yüksək səviyyədə gedir.

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılovun Qol.Az-a verdiyi məlumata görə, bu gün günorta saatlarına kimi 20000-dən artıq bilet artıq satılıb.

Nəzərə alsaq ki, axşam saatlarına kimi kassaların qarşısında növbə olub və satış sabah oyun saatına qədər davam edəcək, bu, sabah ölkənin baş arenasına kifayət qədər azarkeşin toplaşacağını düşünməyə əsas verir.

Oyuna zərif cinsin nümayəndələrinin maraq göstərməsi də diqqətdən qaçmır.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir