“Bizim iki yeni futbolçumuz var. Onlardan başqa, daha 21 oyunçumuz da var hansı ki, daha əvvəl də bizimlə birgə olublar, bir neçəsi Olimpiya oyunlarında forma geyinib”.
Qol.Az-ın məlumatına görə, bu sözləri İngiltərə mətbuatına açıqlamasında bu gün Azərbaycanın U-21 millisi ilə qarşılaşacaq İngiltərə U-21 millisinin baş məşqçisi Stüard Pirs deyib.
O, bu günkü oyun öncəsi qarşılaşdığı problemlərdən də danışıb: “Ölkədaxili keçirilən 3 tura görə oyunçu seçib heyət qurmalı olduq. Bu mənada seçimlər zamanı çətinliklə üzləşdik. Bununla belə Tomas İnslə Ben Marşal hazırda çox yaxşı formadadır və yeni olmalarına baxmayaraq, onlardan çox razıyam”.
İngilis mütəxəssis Bakıya qələbə dalınca gəldiklərini də gizlətməyib: “Qrupda özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Odur ki, Bakıya qələbə dalınca gəlmişik. Ancaq onu da bilirik ki, Azərbaycan millisi bizə problem yaratmaq üçün yetərincə güc sərf edəcək. Bu millinin oyunu haqda ancaq yüksək fikirlər söyləyə bilər. Azərbaycan millisi uzaq səfərdə İslandiyanı məğlub etməyi bacarıb. Bunun özü onların gücündən xəbər verir”.
Qeyd edək ki, Azərbaycan-İslandiya qarşılaşması bu gün saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi