Mahir Şükürov: "Çox istərdim ki, Cavidlə Rəşad bu gün millidə olsun"

Mahir Şükürov: "Çox istərdim ki, Cavidlə Rəşad bu gün millidə olsun"
XƏBƏR 6 Sentyabr 2012 / 13:12 2618
-  A +

“Həqiqətən də çətin oyun olacaq. Əlimizdən gələni edəcəyik ki, ev oyununda qalib gələk. Çünki start matçımızdı və seçmə mərhələyə qələbə ilə başlamaq çox vacibdi. Bir sözlə, qələbəyə oynayacağıq və bunun reallaşacağına çox inanırıq”.  
Qol.Az-ın məlumatına görə, bu sözləri İsraillə oyun öncəsi keçirdiyi mətbuat konfransında Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov deyib.
 
Şükürov Berti Foqtsun millidə tətbiq etdiyi oyun sistemi və təmsil etdiyi “Neftçi”dən milliyə cəmi bir futbolçu çağırmasına da münasibət bildirib:

“Neftçi”nin qələbəsi münasibətiyə sizləri də təbrik etmək istəyirəm. Çünki bu, sizin də uğurunuzdu. Taktikaya gəlincə, hər məşqçinin öz oyun tərzi var. Bu gün milliyə demək olmaz ki, “Neftçi”nin taktikası ilə oynasın. İkinci məsələyə gəlincə, mən də çox istərdim ki, Cavid İmamverdiyev, Rəşad Sadiqov kimi futbolçular bu gün millidə ollsun. Bunu mətbuat da yazır. Demirəm ki, gəlib 90 dəqiqə oynasınlar. Ancaq ən azı 20-25 dəqiqə kömək edə bilərlər”.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir