"Yuventus"la yollarını ayıran əfsanəvi futbolçu Alessandro Del Pyero karyerasını Avstraliya liqasında davam etdirəcək.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 37 yaşlı futbolçu "Sidney" klubu ilə 2 illik müqavilə imzalayıb.
Del Pyero daha öncə İsveçrənin "Sion" klubundan təklif alsa da, tərəflər arasında razılıq əldə olunmamışdı. "Liverpul"un da təklifini rədd edən italiya futolçu "Sidney" klubu ilə razılığa gəlib. Del Pyero bu komandada ilinə 2 milyon dollar qazanacaq.
Qeyd edək ki, Alessandro Del Pyero karyerasına “Padova”da başlayıb. O, 1993-cü ildə “Yuventus”a keçib. Del Pyero “Qoca Sinyora”nın heyətində 6 dəfə İtaliya çempionluğu (bunlardan 2-si korrupsiya qalmaqalı ilə əlaqədar ləğv olunub), 1996-cı ildə Çempionlar Liqasını, İtaliya millisində isə 2006-cı il dünya çempionluğu qazanıb.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı