Bu mövsüm “Simurq”un uğulu transferlərindən hesab olunan Asif Mirili klubun rəsmi saytına müsahibə verib.
- Asif, ilk növbədə “Simurq”a gəlməyin haqqında danışardın. Necə oldu ki, komandaya keçidin baş tutdu?
- Bura gəlməmişdən əvvəl keçmiş klubumun rəhbərliyi, baş məşqçisi ilə müzakirələr apardım və onların razılığın aldım. Orada yaxşı təlim-məşq toplanışları keçdim və oynamağa hazır idim. İki klubunda ortaq razılığından sonra “Simurq”a keçidim baş tutdu.
- Komandaya uyğunlaşmağın çətin olmadı?
- Deyərdim ki, elə də çətin olmadı. Çünki buradakı uşaqların əksəriyyətini əvvəlcədən tanıyırdım. Bir çoxu ilə birlikdə oynamışam. Baş məşqçimizdə bir vaxtlar keçmiş klubum “İnter”də işləyib. Oradan tanışlığım var idi. Bu baxımdan “Simurq”da çətinliyim olmadı. Həm də Zaqatala mənim üçün bu baxımdan yaxşı oldu ki, məşq etməyə əlavə vaxtım olur. Hazırlıqlardan sonra qalıb, üzərimdə işləyə bilirəm.
- “Simurq”a transfer olan günün səhərisi əsas heyətdə meydana çıxdın. Bəs, bu səndə nəsə çətinlik yaratmadı? Əsas heyətdəki mövqeyini qorumağa çalışırsanmı?
- Məşqçimiz çox sağ olsun. Mənə güvəndi və əsas heyətdə şans verdi. Deyərdim ki, həm “Bakı” ilə, həm də “Turan”la oyunum pis alınmadı. Əlbəttə ki, yerimi qorumaq üçün çox çalışıram. Bilirəm ki, hazırlıq prosesində artırmasam, kimsə məşq edib məni keçə bilər. Komandada güclü rəqabət var. Mən də hər gün məşqlərdə daha çox çalışıram ki, komandadakı yerimi qoruya bilim.
- Gürcüstan toplanışı necə gedir?
- Yaxşı məşqlər keçirik. Hazırlıq prosesimiz yüksək səviyyədə təşkil olunub. Biz də bunu futbolçular olaraq dəyərləndirib, zəif cəhətlərimizi aradan qaldırmağa çalışırıq. Hələ ki, hər şey qaydasındadır. İnanıram ki, sona qədər də belə davam edəcək.
- “Xəzər Lənkəran”la oyunun təxirə salınması komandanın oyununa təsir göstərərmi?
- Məncə, bu bizim oyunumuza o qədər də təsir göstərməyəcək. Çünki qarşılaşmalara hazırlaşmaq üçün əlavə vaxt qazandıq. Bu da matçlarda özümüzü yaxşı tərəfdən göstərmək və qələbə qazanmaq üçün çox kömək edəcək.
- Fasilədən sonra ilk oyununuz “Rəvan” klubu ilə olacaq. Bu komandanı necə dəyərləndirərdin?
- “Rəvan” yaxşı komandadır. Fikrimcə zəif rəqib deyil. Ən azından nəticələrinə diqqət yetirsək bunu görə bilərik. Son turda “Qarabağ”la heç-heçə etdi. Hər oyuna hazırlaşdığımız kimi, bu qarşılaşmaya da ciddi hazırlaşırıq.
- Komandamız cari mövsümdə qarşıya qoyulan məqsədə çatmaq gücünə malikdirmi?
- Əlbəttə, heyətdə olan hər bir futbolçu yaxşı bilir ki, “Simurq” bu mövsüm ilk “altılıq”a mütləq düşməlidir. İnanıram ki, biz buna nail olacayıq. Çox mehriban kollektivimiz var. Heyətdə həm təcrübəli, həm cavan yaxşı oyunçularımız var.
- Zaqatala azərkeşləri haqqında nə deyə bilərsən?
- Onlarla münasibətlərim çox yaxşıdır. Çox sağ olsunlar ki, komandaya yeni gələn hər bir futbolçu kimi, məni də yaxşı qəbul etdilər. Bizdə çalışacağıq ki, qarşıdakı turlarda onları daha çox sevindirək. Azərkeşlərimizin bizə olan inamını itirməyək.
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu