Sentyabrın 7-də Bakıda keçiriləcək Azərbaycan - İsrail matçına bu ölkənin mətbuatında geniş yer ayrılıb.
Qol.Az-ın məlumatına görə, İsrailin "Sports.walla.co.il" saytı bu dəfə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu və mərhum referimizin karyerasından yazıb.
İlk öncə Tofiq Bəhramovun karyerasına toxunan saytda daha sonra arenanın yenidən qurmasına diqqət ayrılıb. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının finalı çərçivəsində baş tutan İngiltərə - Almaniya matçında (4:2) vurulan tarixi qolun T.Bəhramov tərəfindən qeydə alınması xüsusi vurğulanıb.
Məhz həmin oyundan sonra T.Bəhramovun "Qızıl fit" mükafatına layiq görülməsi, onun xatirəsinə vətəni Azərbaycanda heykəl qoyulması və ölkənin ən böyük stadionuna onun adının verilməsi qeyd olunub. Stadionda ötən ay başa çatan yenidənqurma işlərindən sonra ilk rəsmi matçın məhz Azərbaycan və İsrail yığma komandaları arasında keçiriləcəyini qeyd edən sayt Azərbaycanda da bu görüşə böyük marağın olduğunu yazıb.
Qeyd edək ki, sentyabrın 7-də Tofiq Bəhramov stadionunda baş tutacaq Azərbaycan - İsrail oyunu saat 21:00-da başlayacaq.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı