Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək Azərbaycan-İsrail matçı ilə bağlı Qol.Az-a müsahibə verib.
- DÇ-2014-ün seçmə mərhələsinin ilk oyununda Tofiq Bəhramov adına Respublika stadionunda İsrail millisini qəbul edəcəyik. Bu oyunda millimizdən nə gözləyirsiniz?
- Biz həmin gün Azərbaycan yığmasından ancaq qələbə gözləyəcəyik. Çünki millimiz ilk oyuna qələbəylə başlasa, ardı daha yaxşı ola bilər. Həmçinin, bizi qarşıda digər güclü rəqiblərlə də gərgin mübarizə gözləyir. İsraillə oyunda yaxşı nəticə qazansaq, digər oyunlar üçün komandada özünəinam artacaq. Bunu hər kəs, elə məşqçilər korpusu da yaxşı başa düşürlər. Klublar arasında “Neftçi” bizə bu sevinci bəxş etdi. İndi uğur qazanmaq növbəsi yığma komandamızındır.
- Sizcə, İsraillə oyunda millimizdən qələbə gözləmək, nə dərəcədə realdır?
- Mən demirəm ki, İsrail yığması zəifdir. Əsla. Əksinə, rəqibin oyunçularının yaıdan çoxu Avropa klublarında forma geyinir. Ancaq bir məqam da var ki, İsrail yığması Portuqaliya deyil. Bunu da, nəzərə almaq lazımdır. Hər şeyə rəğmən İsraillə oyunda Azərbaycan millisi qalib gələ bilər.
- AÇ-2012-nin seçmə mərhələsindən keçən qısa müddətdə millimiz bu qədər inkişaf edib ki, güclü komandalarla oyunda belə onlardan qələbə gözləyək?
- Bilirsiniz, milli və klublarımız yerli azarkeşlər önündə çox zaman gözlənilməz nəticələrə imza ata biliblər. Bir çox yığmaların və bizdən bir neçə baş üstün olan klubların qələbə arzusunu gözlərində qoymuşuq. Əgər biz rəqibin güclü olduğunu və məğlub olacağımızı fikirləşsək, onda meydançaya çıxmağın nə mənası var? Hazırkı dövrdə istənilən milliyə qarşı oynamq olar. Bunun üçün yaxşı hazırlıq və ağıllı taktika seçmək lazımdır.
- Bir mütəxəssiz kimi söyləyə bilərsiniz Berti Foqts niyə, Avropa təcrübəsinə malik olan Rəşad Sadiqovu və son zamanlar əla formada olan Cavid İmamverdiyevi milliyə çağırmadı?
- İlk öncə deyim ki, mən öz həmkarlarıma və onların qərarlarına hər zaman hörmətlə yanaşmışam. Foqtsun özünə məxsus tərzi var. Adını çəkdiyiniz futbolçular hazırda yaxşı oyun nümaiş etdirirlər. Belə olmasaydı avrokuboklarda güclü klubların qapısına qollar vurub, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmazdılar. “Neftçi”nin başqa bir futbolçusu Mirhüseyin Seyidovun da oyununudan xoşum gəlir. Gənc olmasına baxmayaraq, artıq Avropa təcrübəsinə malikdir. Çox sürətlidir. Bu cür istedadlı futbolçuların inkişafi üçün belə oyunlara güvənmək lazımdı.
- İsraillə oyundan bir neçə gün sonra millimizi səfərdə Portuqaliya seçməsiylə daha ağır bir mübarizə gözləyir. Necə düşünürsünüz, bu görüşdə yığmamız nəticə əldə edə bilər?
- Hər bir yığmaya qarşı oynamaq olar. Ukraniya və Polşada keçrilən Avropa çempionatında bunun bir daha şahidi olduq. Dünya nəhəngləri özlərindən zəif millilərə məğlub oldu. Portuqaliyaya gəlincə, Avropa çempionatına çox çətinliklə vəsiqə qazanmışdılar. Məncə, Portuqaliyanı İspaniya kimi güclü komanda adlandırmaq olmaz. Əgər rəqibi yaxşı analiz edib hazırlıqlı olsaq, yaxşı nəticəyə nail olmaq olar.
- Sizcə, oyunu müdafiədən qurmaqla buna nail ola bilərik?
- Biri var komanda özü müdafiəyə çəkilir, biri də var, rəqibsəni buna məcbur edir. Bunlar fərqli şeylərdi. Bizim müdafiədə oturmaq vaxtımız çoxdan keçib. Artıq uğuru hücumda axtarmaq lazımdır. Ən yaxşı müdfiə də hücumdu. Təbii ki, bütünlüklə hücuma atılaraq, müdafiəni boş buraxmaq da ağılsızlıq olardı. Bütün bunları ağılla həyata keçirsək, səfərdə Portuqaliya ilə oyunda uğurlu nəticə qazana bilərik.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu