Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan İtaliyanın "İnter" klubundan “Sumqayıt” klubuna rəsmi faks gəlib.
Qol.Az-ın əldə etdiyi məlumata görə, İtaliya klubunun baş katibi Umberto Marinonun imzası ilə gələn faksda bildirilir ki, “İnter”in nümayəndələri sentyabrın 24-də Azərbaycan Premyer Liqasının "Sumqayıt" - "Neftçi" oyununda iştirak etmək istəyir və bunun üçün də Sumqayıt klubundan oyuna bilet, eyni zamanda, stadionda yer xahiş edir.
“Sumqayıt” qısa zamanda rəsmi qaydada italyanlara cavab göndərəcək və böyük ehtimalla onların xahişi yerinə yetiriləcək.
Qeyd edək ki, Avropa Liqasının qrup oyunu çərçivəsində “İnter” oktyabrın 4-də Bakıda “Neftçi”nin qonağı olacaq.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"