“Rubin”in kapitanı: “Hər şey meydanda həll olunacaq”

“Rubin”in kapitanı: “Hər şey meydanda həll olunacaq”
XƏBƏR 3 Sentyabr 2012 / 16:06 2255
-  A +

“Qrupumuzda çox ciddi rəqiblər yer alıb. Odur ki, hər oyuna ciddi hazırlaşmalıyıq”.
 
Qol.Az-ın məlumatına görə, bu sözləri “Sport Ekspress”ə açıqlamasında Avropa Liqasında “Neftçi” ilə eyni qrupda yer alan Rusiyanın “Rubin” klubunun kapitanı Roman Şaronov deyib.

O, hər şeyin meydanda həll olunacağını düşünür: “Tale elə gətirdi ki, 2009-cu ildə Çempionlar Liqasının Kiyev “Dinamo”su ilə oyununda zədə alaraq, “İnter”ə qarşı oynaya bilmədim. Ümid edirəm ki, bu dəfə milanlılara qarşı oynaya biləcəm. Şanslara gəlincə, “İnter”, “Neftçi”, “Partizan” və “Rubin”in kağız üzərindəki şansları fəqrlidir. Ancaq hər şey meydançada həll olunacaq. Bu mənada püşkü  “yaxşı” və “pis” mənada  qiymətləndirmək olmaz. Şəxsən mən şadam ki, “İnter” kimi məşhur kluba qarşı oynayacam”.

Qeyd edək ki, “Neftçi” “Rubin”lə ilk oyununu oktyabrın 25-də səfərdə keçirəcək.

Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer