Premyer Liqanın dördüncü turundan sonra 4 günlük istirahətə buraxılan “Qəbələ” avqustun 31-də doğma şəhərində biraraya gəlib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gündəlik iki məşqlə “Kəpəz” oyununun hazırlıqlarını davam etdirən komandaya yığmalara dəvət alan Anar Nəzirov, Nodar Məmmədov, Aleksandr Çertoqanov, Vurğun Hüseynov, Urfan Abbasov, Deyan Kelhar və Omar Kalabane qatılmayıb.
Anar Nəzirov, Nodar Məmmədov, Vurğur Hüseynov və Aleksandr Çertoqanov 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail (7 sentyabr) və Portuqaliya (11 sentyabr) millilərinə qarşı oyunlara hazırlıq məqsədilə Azərbaycan yığmasının düşərgəsinə yollanıblar.
Ürfan Abbasov isə Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət komandasına dəvət alıb. Gənc müdafiəçinin yer aldığı millimiz 2013-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda İngiltərə ilə üz-üzə gələcək. Deyan Kelhar isə Sloveniyanın heyətində 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə (7 sentyabr) və Norveçə (7 sentyabr) qarşı forma geyinmək şansı qazanıb. Kalabane isə kapitanı olduğu Qvineya yığması ilə Nigeriyaya (9 sentyabr) qarşı mübarizə aparacaq.
Zədəsi sağalmaqda olan Murad Musayev isə komandadan ayrı məşq edir. Məşq prosesinin ikinci günü futbolçular fiziki dözümlülük testindən keçiriliblər. Sentyabrın 15-i baş tutacaq “Kəpəz” matçına qədər “Qəbələ” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Sözügedən matçlarda “Qəbələ”nin əsas heyəti əvəzedici heyətlə üz-üzə gələcək. Qarşılaşmalar sentyabrın 5-i və 8-i keçiriləcək.
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"