“Herta”ya gəlişim karyeramda yeni səhivə olacaq. Bundan əvvəl İngiltərə və İspaniyada futbol oynamışam. İlk dəfədir Almaniyada çıxış edəcəm. Təbii, hədəflərim var, bu hədəflərimə “Herta”da nail olmaq istəyirəm. Lakin bu, bir qədər sonra olacaq. Hazırda isə beynimdə yalnız Azərbaycanla oyun var”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya mətbuatına açıqlamasında İsrail millisinin və Almaniyanın “Herta” klubunun futbolçusu Ben Sarah deyib.
Berlində çap olunan nəşrlərdən birinə açıqlamasında daha çox klubdakı karyerası haqqında danışan hücumçu yığmasının millimizlə keçirəcəyi oyuna toxunmağı da unutmayıb: “Klubda olduğu kimi millidə də hədəflərim var. Dünya çempionatının final mərhələsində oynamağı çox arzulayıram. Bunun üçün isə seçmə mərhələdə uğurlu çıxış etməliyik. Bu mənada Azərbaycanla start oyunundan qələbə ilə ayrılmalıyıq”.
Qeyd edək ki, Azərbaycan-İsrail matçı sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"