Milli AZAL-a uduzdu

XƏBƏR 3 Sentyabr 2012 / 10:32 1992
-  A +

Avropa çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komanda "Dalğa Arena"da AZAL klubu ilə yoxlama oyunu keçirib.

Qol.Az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşma 1:0 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb.

Xatırladaq ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və İngiltərə yığmaları sentyabrın 6-da, saat 20:00-da, "Dalğa Arena"da qarşılaşacaqlar.

Son xəbərlər