Bu mövsüm Avropa Liqasında çıxış edəcək Türkiyənin "Fənərbaxça" klubu daha bir ulduz futbolçunu heyətinə qatıb.
Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Raul Meyreleşlə anlaşıb.
"Real" (Madrid) klubundan Lassana Diarranı transfer edə bilməyən "Fənərbaxça" klubu bütün diqqətini portuqaliyalı futbolçuya yönəltmişdi.
Klubun prezidenti Əziz Yıldırım da Meyreleş üçün istənilən məbləği ödəyəcəklərini açıqlamışdı. Artıq futbolçu ilə razılığa gəlindiyi və sentyabrın 5-də tərəflər arasında rəsmi müqavilə imzalanacağı bildirilir. Lakin müqavilənin hansı müddətə olacağı açıqlanmayıb.
Qeyd edək ki, ötən mövsüm "Liverpul"dan "Çelsi"yə transfer olunan 29 yaşlı futbolçu keçirdiyi 31 oyunda 2 qola imza atıb.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"