İtaliyanın "İnter" klubunun müdafiəçisi Duqlas Maykona təkliflər gəlməkdə davam edir.
Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu "Real" (Madrid), "Çelsi" və "Mançester Siti"nin maraq dairəsinə düşüb.
Xəbəri təsdiqləyən 31 yaşlı futbolçunun meneceri Roberto Kalenda bu barədə belə danışıb:
"Maykonu Avropanın nəhəng klubları istəyir. Ancaq futbolçunun "Milan" və "Yuventus"a keçidi mümkünsüzdür. Çünki Maykon 6 ildir ki, "İnter"in şərəfini qoruyur və bu komandanın azarkeşlərinin qəlbini qırmaq istəmir. Əgər Maykon digər klublara transfer olunmazsa, karyerasını "İnter"də davam etdirəcək".
Qeyd edək ki, 2006-cı ildən "İnter"in formasını geyinən Maykon keçirdiyi 245 oyunda 20 dəfə rəqib qapılarına yol tapıb.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"