"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo komandasının müdafiəçisi Rikardo Karvalyonun gələcək taleyi haqda danışıb.
Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Karvalyonun tezliklə özünə yeni komanda tapmalı olduğunu bildirib:
"Rikardo mənim planlarıma daxil deyil. Təbii ki, getmək və ya qalmaq onun öz qərarıdır. Ancaq düşünürəm ki, əgər Karvalyo komandada qalarsa, karyerası bitəcək. Çünki onun "Real"da forma geyinmək şansı çox azdır.
Buna görə də tezliklə o, özünə yeni komanda tapmalıdır. Karvalyonu transfer etmək istəyən xeyli komanda var. Futbolçu bu təklifləri dəyərləndirsə, yaxşı olar".
Qeyd edək ki, 2010-cu ildən "Real"da çıxış edən Karvalyo keçirdiyi 41 oyunda 3 qola imza atıb.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"