"Mançester Siti" klubunun müdafiəçisi Kolo Ture karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "Latsio" klubu 31 yaşlı futbolçunun transferində maraqlıdır.
Lakin Fil Dişi Sahili yığmasının futbolçusunun "Mançester Siti"də qalmaq istəməsi bu transferin gerçəkləşməsinə mane olur. Ture Mançesterdən ayrılmaq istəmədiyini bildirib:
"Mən "Mançester Siti"nin oyunçusuyam və burada olmaqdan çox məmnunam. Qardaşımla eyni komandada oynamaqdan böyük zövq alıram. Ancaq nələr olacağını bilmirəm. Hələ ki, "Mançester Siti" ilə 1 illik müqaviləm var. Bundan sonra nələr olacağını hər kəs görəcək".
Qeyd edək ki, Ture ilə "Barselona" klubu da yaxından maraqlanır.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"