"Simurq" Gürcüstan klubuna qalib gəldi

"Simurq" Gürcüstan klubuna qalib gəldi
XƏBƏR 2 Sentyabr 2012 / 00:48 2105
-  A +

"Simurq" klubu Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ötən gün ilk yoldaşlıq görüşünə çıxıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tiflisin "Lokomotiv" klubu ilə qarşılaşan komanda oyundan 2:1 hesablı qələbəylə ayrılıb.

Tiflis təmsilçisinin təlim-məşq bazasının stadionunda keçirilən matçda "sarı-qaralar"ın qollarını 80-cı dəqiqədə Asif Mirili və 88-ci dəqiqədə Rəşad Eyyubov vurub.

Qeyd edək ki, "Simurq" qonşu ölkədə bundan başqa daha iki yoldaşlıq görüşündə gücünü sınayacaq. Ancaq hələ ki, rəqiblərin kim olacağı məlum deyil. 


Qarabağ FK
Son xəbərlər
topaz banner