Lassana Diarra ilə yollarını ayıran "Real" (Madrid) klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Qol.Az-ın məlumatına görə, Madrid təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Mixael Esyeni icarəyə götürüb.
Bu barədə "Çelsi"nin rəsmi saytı məlumat yayıb. Saytda qanalı futbolçunun mövsümün sonunadək "Real"da çıxış edəcəyi bildirilir.
"Real"ın baş məşqçisi Joze Mourinyo sabiq futbolçusunun Madrid klubuna keçidində böyük rol oynayıb. Vaxtilə "Çelsi"də Mourinyo ilə birgə çalışan futbolçu da portuqaliyalı mütəxəssinin təklifini müsbət qarşılayıb.
Qeyd edək ki, "Çelsi"nin heyətində 247 oyun keçirən 29 yaşlı futbolçu 25 dəfə rəqib qapılarına yol tapıb.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"