"İnter"in meneceri: “Düşdüyümüz qrup çox tələbkardı”

"İnter"in meneceri: “Düşdüyümüz qrup çox tələbkardı”
XƏBƏR 1 Sentyabr 2012 / 14:58 2891
-  A +

“Düşdüyümüz qrup çox tələbkardı. Odur ki, çətinliklər olacaq. Ancaq bütün bunlar “İnter” kimi böyük komanda üçün bəhanə ola bilməz”.

Qol.Az-ın məlumatına görə, bu sözləri İtaliya mətbuatına açıqlamasında Milanın “İnter” klubunun meneceri İvan Kordoba deyib.

Ötənlərin məşhur futbolçusu “Neftçi”nin də yer aldığı Avropa Liqasının H qrupu haqqında daha sonra bunları deyib: “İnter” sona qədər mübarizə aparacaq ki, istədiyi nəticəni əldə etsin. Bu klubda çıxış edən futbolçularda böyük xarakter, güc var. Nəticə üçün heç vaxt riskə getmirik, öz oyunumuzu oynayırıq. Şübhə eləmirəm ki, Avropa Liqasında da öz dəsti-xəttimizə sadiq qalacağıq”.

Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır