17 yaşadək futbolçulardan Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov affa.az saytına müsahibə verib
- Rəhbərlik etdiyiniz yığma komanda Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi turnirdə iştirak edərək ikinci yeri tutdu. Əldə olunan nəticəni necə dəyərləndirirsiniz?
- İl ərzində müxtəlif beynəlxalq yarışlarda - Qazaxıstandakı “Prezident kuboku”, Moldovada keçirilən “FA of Moldova Cup”, artıq 2 dəfə Bakıda təşkil olunmuş “Caspian Cup” və Litvanın Palanqa şəhərində keçirilən turnirdə iştirak edirik. Ötən il Palanqada təşkil olunmuş yarışda 5-ci yeri tutmuşduq. Ancaq bu il daha uğurlu çıxış etdik. Qrupda Latviya və Belarus kimi güclü komandalara qarşı oynadıq və finala vəsiqə qazandıq. Əfsuslar olsun ki, finalda meydan sahibi Litva yığmasını məğlub edə bilmədik. Hərçənd komandamızın potensialı qələbə qazanmağa imkan verirdi. Məğlubiyyətimizdə təqvimin əlverişsiz olması da az rol oynamadı. Litva yığmasına münasib təqvim tərtib edilmişdi. Onlar finala qədərki son oyununu 3 gün əvvəl keçirmişdi. Biz isə iki gündə iki oyuna çıxmaq məcburiyyətində qaldıq. Oyunların yağmurlu havada keçirilməsi futbolçuların iki dəfə artıq güc sərf etmələrinə səbəb oldu. Düşünürəm ki, bir gün istirahət etmək imkanımız olsaydı, Litvanı məğlub edərdik. Bununla belə, ikinci yeri tutmaq da pis deyil. Palanqadakı turnirdə əsas məqsədimiz Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşdirmək idi.
- Palanqadakı tunirdən sonra yığmamız irlandiyalı həmyaşıdları ilə iki yoldaşlıq oyununda qüvvəsini sınadı. Bu oyunları ayrı-ayrılıqda necə şərh edərdiniz?
- Ardıcıl oyunlar olmasına baxmayaraq, İrlandiya yığması ilə qarşılaşmağı çox istəyirdim. Çünki futbolçular məhz belə rəqiblərə qarşı oyunlarda püxtələşirlər. Ötən il Türkiyədəki təlim-məşq toplanışında bu rəqiblə 1:1 hesablı heç-heçə etmişdik. Builki İrlandiya yığması daha güclü təsir bağışladı. Çox yaxşı komandadadır, sürətli və tipik ingilis futbolu nümayiş etdirirlər. Bizə çətinliklər yaratdılar. Birinci oyunda 0:3 hesabı ilə məğlub olsaq da, deməzdim ki, hesab oyuna görə oldu. İrlandiya yığması buraxdığımız adi səhvlərdən maksimum yararlandı. İkinci görüşdə isə ilk oyunla müqayisədə bir qədər üstün futbol nümayiş etdirdilər. Hər iki qarşılaşmanın ilk dəqiqələrində qapımıza olmayan penaltilərin təyin olunması oyun planımızın dəyişməsinə səbəb oldu. Buna baxmayaraq, sona qədər mübarizə apardıq, əzmkarlıq nümayiş etdirdik. Heç-heçə edə, hətta qalib də gələ bilərdik. Nəticələr xeyrimizə olmasa da, bu oyunlardan çox şey qazandıq. Futbolçuların mübarizliyi, dözümlülüyü bu oyunlarda bir qədər də artdı. Gələcək qarşılaşmalarda bunun faydasını görəcəyik. İrlandiya yığması Palanqa turnirində çıxış edən komandalarla müqayisədə bir neçə dəfə üstündür. Bu oyunlar bir daha bizə göstərdi ki, Avropa komandaları necə futbol oynayır. Belə rəqiblərlə tez-tez qarşılaşmalıyıq. Çünki rəqib pressinq tətbiq edərək bizi sürətli oynamağa, iti düşünməyə, tez qərar verməyə məcbur edir. Buna görə ilk oyunla müqayisədə ikinci qarşılaşmada onlar kimi oynadıq. Avropa komandalarından məhz bu baxımdan geri qalırıq.
- Bu oyunlarda komandada nə kimi çatışmazlıqlar müəyyən etdiniz?
- Avropa çempionatının seçmə mərhələ oyunlarına iki aydan da az vaxt qalıb. Artıq bir çox futbolçu haqda fikirlərim formalaşıb. Kimin nəyə qadir olduğunu, hansı futbolçunun nə dərəcədə faydalı olacağını bilirəm. Amma yenə də həm müdafiədə, həm də hücumda problemlərimiz var. Təbii ki, bu problemləri aradan qaldırmaq olar. Müdafiəçilərimizin lazımsız hərəkətləri qapımıza vurulan qolla nəticələnir. Bu səhvləri düzəltmək olar. Hücumdakı işimiz isə bir qədər çətindir. Sürətli, texnikalı, qol duyumu olan bir hücumçuya ehtiyacımız var.
- Heyətdə hər hansı dəyişiklik gözlənilirmi?
-Təbii ki. Ukraynada yaşayan azərbaycanlı futbolçular var. Onları sınaqdan keçirməyi planlaşdırırıq. Yaxşı hücumçu tapsaq, heyətə cəlb edəcəyik.
- Avropa çempionatının qrup mərhələsindəki qrupumuzu necə dəyərləndirirsiniz?
- Təqvimə əsasən ilk oyunda İspaniya yığması ilə qarşılaşacağıq. Bir gün fasilədən sonra Polşa ilə, son oyunda isə meydan sahibləri Bolqarıstanla üz-üzə gələcəyik. Bu təqvimə uyğun öz planımızı quracağıq. Bizim qrupa nəzər yetirən hər bir futbol mütəxəssisi İspaniyanın aşkar favorit olduğunu etiraf edər. İkinci yer uğrunda amansız mübarizə olacaq. Çalışacağıq ki, iki yerdən birini tutaq.
- Rəqiblər haqda informasiya əldə edə bilmisinizmi?
- İspaniya yığması haqda heç bir məlumatımız yoxdur. Digər rəqibimiz Polşanın Rusiya ilə oyununun videoyazısını əldə etmişik. Bundan əlavə, onların Gürcüstan yığması ilə son oyununun videoyazısını bizə göndərəcəklər. Bolqarıstanın da Avstriya və İsveç yığması ilə oyunlarının DVD-sini əldə etmişik. Oyunları izləyib rəqiblərin zəif və güclü cəhətlərini müəyyənləşdirəcəyik.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
Millətlər Liqası başlayır
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"